HAQQIMIZDA

 

Əsası 1997-ci ildə yaradılan Skylife Travel istirahət və korporativ səyahət xidmətləri , B2B və B2C sistemi həlləri təchizatı üzrə ixtisaslaşmışdır. Skylife hazırda əsas "Best Sellers "dən  biridir və Azərbaycan, Gürcüstan , Qazaxıstan və Türkiyə daxil olmaqla müştərilərini  24/7 səyahət məsləhəti və xidmət ilə təmin edir.

İstər Azərbaycan bazarında, istər beynəlxalq aləmdə təcrübələrlə, peşəkarlığımızı İSO9001:2000 sertifikatı, İATA diplomları hava yolları sertifikatları təsdiqləyən sənədlərlə, dünyanın ən önəmli cəmiyyətlərinin üzvü olmaqla və ən vacibi – müştəri məmnuniyyətinin sübutu olan müsbət rəylərlə dolu güvəndiyiniz ünvanın adı Skylife Travel-a xoş gəldiniz.

Səhifə 1997-ci ildən bəri lokal-qlobal təcrübənin nəticəsi olaraq yaradılmışdır. Burada ənənəvi hava yollarının yanında ucuz low-cost hava yollarının xidmətlərini, çarter əməliyyatları üçün biletləri,100.000 mehmanxanada sifarişlərini, avtomobil icarəsi servislərini 24 saat ərzində Onlayn olaraq birbaşa həll edə bilərsiniz.Gəzinti turları, qatar biletləri, daşımalar, kruiz-gəmilərlə tur paketləri, kirayə mənzillər, səyahət sığortası, VİP qarşılama, teatr, konsert və Disneylendlərə biletlər, hətta hədiyə çeklərini almaq belə artıq barmağınızın ucundadır!

 

MİSSİYAMIZ

"HƏR SƏRNİŞİNİN İSTƏYİ VƏ İŞİ İLƏ BAĞLI EHTİYACLARINA UYĞUN XÜSUSİLƏ HAZIRLANMIŞ SƏYAHƏT PLANINI ƏLVERİŞLİ QİYMƏTLƏRLƏ TƏKLİF ETMƏK"

 NİYƏ SKYLIFE TRAVEL?

• Biz Azərbaycanda IATA tərəfindən ilk olaraq qeydiyyatdan keçmiş 3-cü şirkət olaraq 1997-ci ildən fəaliyyət göstəririk,

• Bazarda satışı ən yüksək olan agentliklərdən biri,

• ONLAYN REZERVASİYA SİSTEMİ - bu Azərbaycan Turizm sənayesində İnqilabi Yenilikdir və müştərilimizə ən sərfəli qiymətlərlə xidmətlərdən istifadə etməyə imkan verir,

• Həmçinin, biz aviadaşımaları həyata keçirən EasyJet, Sky Europe, German Wings, Virgin Blue və Charter Operators kimi nisbətən ucuzqiymətli aviaşirkətlərin biletlərini, bütün dünya miqyasında 100.000 otelin, Holiday Autos, EasyCar kimi bir çox avtomobil icarəsi təchizatçılarının xidmətlərini həftənin bütün günlərində 24 saat ərzində birbaşa ONLAYN əlaqəsindən istifadə etməklə ən aşağı qiymətlərlə sata bilərik.

• Gəzinti turları, qatar biletləri, daşımalar, kruiz tur paketləri, mənzillərin kirayəsi, səyahət sığortası, VIP qarşılama, biletlər (teatr, şoular, konsertlər, Disneylend, v.s.), hətta Hədiyə Çekləridə göstərdiyimiz xidmətlər arasındandır.

• Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təsisçi üzvüyük.

• İSO9001:2000 standartı ilə akkreditə olunmuş agentliyik və Keyfiyyəti İdarəetmə Sisteminin həyata keçiririk.

• Qazaxıstanın Aktau şəhərində müştərilərimiz üçün səyahət xidmətlərini təchiz edirik.

• Korporativ müştərilər üçün biznes fəaliyyətinin həcmindən asılı olaraq pulsuz bilet,

• Bonus proqramları; Boutique Palace Mehmanxanasının (www.boutique-palace.com)  sahibi olaraq, biz korporativ şirkətlərimizə olduqca xüsusi qiymətlər təklif edir və bizim mehmanxanada istifadə etmək üçün pulsuz Hədiyyə Çeklərini və müəyyən satış həcmindən asılı olaraq agentlik xidmətlərini təqdim etmək.

• Sizin Şirkətiniz üçün təyin olunan ixtisaslaşdırılmış turizm agenti,

• Əməkdaşlarınızın turist fəaliyyətlərini istənilən vaxtda nəzarət etmək imkanı,

• Hesablama və Mühasibatlıq xidməti; bütün səyahət xərclərinizin bölməsində və izlənməsində sizə kömək edən aydın və yığcam hesab-fakturaların hazırlanaraq təqdim edilməsi.

• Müştərilərimizi informasiya ilə həmişə əlaqədə saxlamaq üçün bizim Korporativ Əlaqələr Şöbəsinin alətini vasitəsilə reklam kampaniyalarının və materialların nümayişini daimi əsasla həyata keçirdirik.

• Dünyada ən qabaqcıl rezervasiya sistemləri kimi Galileo, Amadeus və Gabriel sistemlərindən istifadə edirik.

 

Hal-hazırda biz aşağıda göstərilmiş təşkilatların üzvüyük:

• IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasi)

   Üzvlük No: 61-3 2005 5, 61-3 2013 6

• SKAL (Beynəlxalq Turizm və Səyahət Profesionallar Assosiasiyasi)

• AZTA (Azərbaycan Turizm Cəmiyyəti) əsas üzv

• Azərbaycan Turizm Nazirliyi

   Üzvlük No: AB 011592

• TURSAB (Türkiyə Seyahət Agentliklər Birliyi)

   Lisenziya No: A-6722

• ISO 9001:2000 Keyfiyyət Standartları üzrə Sertifikatlaşdırma

   Akkreditasiya No: 138457

• ASTA (Amerika Səyahət Agentlikləri Birliyi)

   Üzvlük No: 900138898

• JATA (Yapon Səyahət Agentlikləri Birliyi)

   Üzvlük No: 42240

• PATA (Sakit Okean Ölkələrinin Turizm Assosiasiyası)

   Üzvlük No: 40916

• ASFA (Xüsusi Tariflərlə İşləyən Agentliklər Birliyi)

• TUSIAB (Türkiyə İş adamları Birliyi)

• ATIB (Azərbaycan-Türkiyə İş adamları Birliyi)

   Üzvlük No: 376

• AMCHAM (Amerika Ticarət Palatası)

• ASA (Azərbaycan İşverənlər Birliyi)

   Üzvlük No: 89

 

PERSONAL

Biz səyahətə çıxanlara dünyanın bütün əsas hava yolları şirkətlərinin xidmətlərindən istifadə etmək üçün yol sənədləri ilə təmin edə və səyahətlə bağlı tam çeşidli xidmətlərin alınmasında onlara kömək edə bilən yüksək səviyyədə təlim keçmiş, müvafiq ixtisasa malik olan təcrübəli işçi heyətinə malikik..

 

SKYLIFE'IN SEÇİLMİŞ MÜŞTƏRİLƏRİNDƏN BİRİ OLMAQ İSTƏRDİNİZMİ? İNANIRIQ Kİ, XÜSUSİLƏ BU İNTERNET SƏHİFƏSİ SƏYAHƏTİNİZLƏ BAĞLI GÜVƏNDİYİNİZ BİR MƏNBƏ OLACAQDIR. BİZƏ BİR ŞANS VERİN.

Accreditations
Security & Reliability
Partner